Xaçmazda 8 yaşlı uşağı maşın vurdu

xacmazda-8-yasli-usagi-masin-vurdu
Oxunma sayı: 642

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisində baş verib.
 
8 yaşlı Qurbanəliyev Aslan Zaur oğlunu maşın vurub. Azyaşlıya sol budun aşağı üçdə birinin açıq sınığı və başın əzilməsi diaqnozu qoyulub.
 
Fakt araşdırılır.