Xaçmazda avtomobil 35 yaşlı qadını vurdu - Video

Xaçmazda avtomobil 35 yaşlı qadını vurdu
Oxunma sayı: 2458

Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" Azərtac-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Nəriman Nərimanov küçəsində qeydə alınıb. Qəza zamanı “99 FT 859” dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil piyada Xaçmaz rayonu Qobuqırağı kənd sakini, 1986-cı il təvəllüdlü Fərqanə Pənahovanı vurub.

Qadın ciddi bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. F.Pənahovanın vəziyyəti stabildir. Həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi