Xaçmazda biçilmiş əkin sahəsi yanır

xacmazda-bicilmis-ekin-sahesi-yanir
Oxunma sayı: 911

Xaçmazda biçilmiş əkin sahəsi yanıb.

“Qafqazinfo”nun Şimal Bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu Moruğoba kəndi ərazisində yerləşən biçilmiş əkin sahəsinin yanması barədə məlumat daxil olub. 

Hazırda yanğın davam edir. 

Yanğın yerinə Xaçmaz Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını, 1 traktoru və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Emin kərimov