Xaçmazda doğuş zamanı körpə öldü, ananın vəziyyəti ağırdır

xacmazda-dogus-zamani-korpe-oldu-ananin-veziyyeti-agirdir
Oxunma sayı: 2642

Xaçmazda doğuş zamanı ölüm hadisəsi qeydə alınıb.

"Qafqazinfo" xəbər verir ki, Xaçmaz şəhər sakini 1996-cı il təvəllüdlü Veyisova Könül Nazim qızının yeni doğulmuş körpəsi ölüb. Belə ki, 9 ayı tamam olan hamilə qadını Xaçmaz Regional Perinatal Mərkəzinə təcili doğuşa qəbul edilib. Hazırda ananın vəziyyətidə ağırdır. 

Körpənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayyon şöbəsinə aparılıb.

Xatırladaq ki, K. Veyisovanın ilk hamiləliyidir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda  araşdırma aparılır.

Emin Kərimov