Xaçmazda ferma yanıb

xacmazda-ferma-yanib
Oxunma sayı: 1262

Xaçmaz rayonunda yerləşən fermada yanğın olub.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, hadisə rayonun Cığatay kəndində baş verib.

Ümumi sahəsi 700 m2 olan fermanın tavanı 600 m2 sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​