Xaçmazda maşın qadın piyadanı vurub

xacmazda-masin-qadin-piyadani-vurub
Oxunma sayı: 1181

Xaçmazda “Karusel” adlanan ərazidə avtomobil piyadanı vurub.

“Qafqazinfo” xəbər verir ki, Xaçmaz rayon sakini, 1964-cü il təvəllüdlü Məlahət Şəfi qızı Mirzəyevanı avtomobil vurub. 

M.Mirzəyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Emin Kərimov