Xaçmazda qayın gəlini bıçaqladı

xacmazda-qayin-gelini-bicaqladi
Oxunma sayı: 2018

Xaçmaz şəhəri ərazisində bıçaqlanma faktı qeydə alınıb.  

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Ramin Sadıqov küçəsində baş verib.

Mirzəyeva Sefinaz Novruz qızı qaynı Ramiz adlı şəxs tərəfindən bıçaqlanıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadının vəziyyəti orta ağırdır. 

Faktla bağlı araşdırmalar davam etdirilir.