Xaçmazda qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb

xacmazda-qizil-zinet-esyalarini-ogurlayan-sexs-saxlanilib
Oxunma sayı: 1259

Xaçmazda oğurluq faktının üstü açılıb. 
 
DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayında rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini Vüsal Ağammədov saxlanılıb. 

Dindirilmə zamanı V. Ağammədov törətdiyi cinayət əməlini etiraf edib. O, fevralın 6-da gecə saatlarında zərərçəkənin evinə gizli yolla girərək oradan 4000 manat dəyərində olan qızıl-zinət əşyaları və 1 ədəd mobil telefon götürdüyünü, oğurladığı qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını bildirib. 
 
Faktla bağlı araşdırma aparılır.