Xaçmazdakı qətlin üstü açıldı

xacmazdaki-qetlin-ustu-acildi
Oxunma sayı: 3228

Xaçmaz rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
 
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Xaçmaz rayon sakini Şahin İmanov iyunun 11-də Rayon Polis Şöbəsinə könüllü gələrək tanışı Elbrusla birlikdə Mirzağa adlı şəxsi qətlə yetirdikdən sonra rayonun Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırdıqlarını bildirib.
 
Məlumatla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun  əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyidi oradan çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.
 
Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. 
 
Faktla bağlı araşdırmalar davam etdirilir.