Xalasının evindən pul, qızıl oğurlayan şəxs tutuldu

xalasinin-evinden-pul-qizil-ogurlayan-sexs-tutuldu
Oxunma sayı: 1847

Qubada oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri saxlanılıb.
 
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 13-də Quba rayon Polis Şöbəsinə  rayon ərazisindəki evlərin birindən oğurluq edildiyi barədə məlumat daxil olub. RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olmaqla, oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Fərid Kərimov və  Məmmədşah Rüstəmov saxlanılıb.
 
Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər, zərərçəkənin evinə gizli yolla girərək oradan ümumi dəyəri 3000 manat dəyərində olan qızıl-zinət əşyaları və 60 manat nağd pulu götürdüklərini, oğurladıqları qızıl-zinət əşyalarını Sumqayıt şəhərində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Aparılan istintaq araşdırmaları zamanı Fərid Kərimovun digər cinayət əməlinin də üstü açılıb. Belə ki, o, 2017-ci ildə həmin ünvandan xalasına məxsus 2000 manat pulu gizli yolla talayaraq oğurluq edib
 
Faktla bağlı araşdırma aparılır.