Xalidə Xalid müəmması...

xalide-xalid-muemmasi
Oxunma sayı: 694

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə APA-ya açıqlamasında İran səfirinin fikirlərini təkzib edib. O bildirib ki, Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov hələ də Azərbaycan tərəfə təhvil verilməyiblər.

Qeyd edək ki, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Hər iki şəxsin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərliyi etdiyi nümayəndə heyəti ilə birlikdə Bakıya qayıdacağı gözlənilsə də, onlar nümayəndə heyəti ilə gəlməyiblər.

Xatırladaq ki, dünən İranın Xarici işlər nazirliyinin sözçüsü Abbas Əraqçı Azərbaycanda həbsdə olan İran vətəndaşı Mikayıl Kazıminin də tezliklə azad olunacağına ümid etdiklərini bildirib.