Xalidə Xalidlə həbs edilmiş azərbaycanlı fəallara hökm oxundu

xalide-xalidle-hebs-edilmis-azerbaycanli-feallara-hokm-oxundu
Oxunma sayı: 699

 

Hökmə əsasən, 2 azərbaycanlı fəal – İlqar Müəzzinzadə və Məhəmməd (Oxtay) Rəşidi ümumilikdə 31 ay azadlıqdan məhrum ediliblər. İ. Müəzzinzadəyə bir yerə toplaşmaqla milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərmək ittihamına görə 2 il, hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə isə 91 gün həbs cəzası verilib. Məhəmməd Rəşidi isə eyni ittihamlara əsasən 91 gün və 1 ay həbs cəzasına məhkum edilib.

Digər azərbaycanlı fəallar – aşıq İsa Qaraxanlu və Əmir Hadiyan isə bütün ittihamlar üzrə bəraət alıblar. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları X. Xalidlə əlaqə qurduqlarına, Azərbaycan türkcəsində kitab yaydıqlarına və İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təqdimatına görə bu şəkildə cəzalandırıb. Hökm oxunan soydaşlarımızın 20 gün ərzində qərardan apellyasiya şikayəti vermək hüququ var.

 ki, M. Rəşidi, X. Xalid, sürücüsü Şamxal Hüseynov aşıq İ. Qaraxanlu, Təbriz Azad Universitetinin tələbəsi Ə. Hadiyan və Fərhadi soyadlı şəxs aprelin 30-da gecə saatlarında ETTELAAT əməkdaşları tərəfindən saxlanılıblar. Onlar azərbaycanlı fəalın ata evində M. Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə toplaşıblar.

 ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə edib, onların özlərini isə  naməlum istiqamətə aparıblar.

 Mayın 6-da həmin mərasimin iştirakçılarından olan 3 azərbaycanlı fəal mülk girovu qoymaqla azadlığa buraxılıb. Bunlar aşıq İ. Qaraxanlı, Ə. Hadiyan və Fərhadi soyadlı şəxsdir.

Azərbaycan vətəndaşları X. Xalid və Ş. Hüseynov isə iyunun 6-da həbsdən buraxılaraq vətənə dönüblər.

M. Rəşidi isə 56 günlük həbs həyatından sonra iyunun 25-də 100 milyon tümən zəmanətlə Təbriz şəhərinin mərkəzi həbsxanasından məhkəməyədək müvəqqəti sərbəst buraxılıb. Azərbaycanlı fəal ETTELAAT-ın Təbrizdəki təcridxanasının təkadamlıq kamerasında 43 gün saxlanıldıqdan sonra Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülmüşdü.

Bu məsələyə görə mayın 8-də həbs edilmiş tanınmış azərbaycanlı fəal, yazar və şair İ. Müəzzinzadə Xiyavlı isə hazırda Təbriz şəhərinin mərkəzi həbsxanasının üçüncü korpusunda saxlanır. Həmin korpusda narkotik maddələrin alqı-satqısı ilə məşğul olduqlarına görə həbs edilmiş məhbuslar, qatillər və s. saxlanılır. Azərbaycanlı fəalın səhhətinin yaxşı olmadığı bildirilir. İ. Müəzzinzadə hazırda Təbriz şəhərinin mərkəzi həbsxanasının “seqanə” korpusunda saxlanılır. Zindanın məsul şəxsləri onun hazırda azərbaycanlı siyasi məhbusların saxlanıldığı “kardərmani” bəndinə köçürülməsi ilə razılaşmayıblar. “Seqanə” bəndi Təbriz şəhərinin mərkəzi həbsxanasında məhbusların sıx olduğu bəndlərindir. Bu bənd də gigiyena və sağlamlıq baxımından ən pis bəndlərdəndir. Hətta məhbusların əksəriyyəti yataq olmaması səbəbindən yerdə yatırlar. Bundan əvvəl İ. Müəzzinzadə 2009-cu il mayın 31-də həbs edilib və iki aylıq istintaq prosesindən sonra azadlığa buraxılıb. Daha sonra Meşkinşəhr (Xiyav) İnqilab Məhkəməsi onu hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandıraraq 9 ay həbs cəzasına məhkum edib.