Xalını göstər, tanıyaq səni...

xalini-goster-taniyaq-seni
Oxunma sayı: 18521

Çin astroloqlarına görə, vücudumuzdakı xallar bizim şəxsi keyfiyyətlərimizdən xəbər verir. Belə ki, qarşılaşdığımız şəxslər haqqında ilk təəssüratımız onların xallarına baxaraq yarana bilər.

“Qafqazinfo” bədənin müxtəlif yerlərindəki xalların nə ifadə etdiyini təqdim edir:

Əvvəlcə üz nahiyyəsində olan xallardan başlayaq.

Alında olan xallar rahatlıqdan xəbər verir. Ancaq onlar da yerinə görə müxtəlif mənalara yozula bilər. Belə ki, xalı alnının sol tərəfində olan insanlar şanssız, sağ tərəfində olanlar uğurlu münasibət qura bilən, ortada olanlar isə xoşbəxt ailə həyatına sahib şəxslərdir.

Qaşların içində xalın olması nadir rast gəlinən hallardandır. Bu xallara sahib olan insanlar ağıllı, yaradıcılıq qabiliyyəti yüksək və əksər hallarda varlı olurlar.

Burundakı xallar özgüvən göstəricisidir. Bəzi hallarda bu insanlar yüksək eqolu da ola bilir. 

Yanaqda xalı olanlar əksər hallarda səmimi insanlardır. Ancaq bu şəxslər yeri gəldiyində çox açıqsözlü və cəsarətli olurlar. Üzün sağ yanağında xalı olan şəxslər ailəsini hər şeydən üstün tutur. Sol yanaqda xalı olan şəxslər isə daha çox təkəbbürlü görünürlər. 

Dodaq ətrafı xallar insana cazibədar görüntü qatmaqla yanaşı həm də onlar haqqında ilk təəssüratları verir. Belə ki, həmin şəxslər həyatı sevən və macərapərəstdir. 

Çənəsində xal olan insanlar əzmli, yardımsevər və inadkar olur. Astroloqlar bildirib ki, necə ki çənəmizi hər zaman hərəkət etdiririk, eləcə də bu şəxslər tez-tez ölkə və şəhər dəyişirlər. Sözün əsl mənasında səyahətsevərlərdir.
Qulaqdakı xallar güvən, sadiqlik və açıq ürəkdən xəbər verir. 

Boyundakı xal insanın sərt görünüşünün arxasında mehriban bir şəxsiyyətin olduğunu göstərir. Boynun tam ortasında olan xal isə həmin şəxsin əsəbi olmasından xəbər verir. 

Çiyində xalın olması həmin insanların məsuliyyətli olmasından xəbər verir. 

Əldə olan xallar hər barmağa görə fərqli mənaları daşıyır. Belə ki, baş barmaqda olan xal cazibədar, ailəyəbağlı, işarət barmağındakı xal hüquqlarına bağlı, paylaşmağı sevməyən, orta barmaqdakı xal əxlaqlı, məsuliyyət, üzük barmağındakı xal yaradıcı, lider ruhlu, çəçələ barmaq isə insanların diqqətini özünə çəkməyi sevən şəxslərdən xəbər verir. 
Sinədə olan xallar gücün göstəricisidir. 

Qollarda xalların sayı əksər hallarda çox olur. Onların mənalarını bilmək üçün bir-birləri ilə bişləşdirmək lazımdır. Əksər hallarda bu xallar qərarlı insanlardan xəbər verir.

Günel Hacı