Xalq artisti ad günü üçün Monqolustana getdi, orada öldü

xalq-artisti-ad-gunu-ucun-monqolustana-getdi-orada-oldu
Oxunma sayı: 2580

Rusiyanın Xalq artisti Aleksey Buldakov dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Tass” məlumat yayıb.  

68 yaşlı məşhur aktyor dostunun ad günündə iştirak etmək üçün Monqolustana gedib. Anidən halı pisləşən Buldakov Ulan –Bator şəhərində vəfat edib. 

İlkin məlumata görə, kino ulduzunun qanında laxtalanma baş verib.

Onun cənazəsi sabah Moskvaya gətiriləcək.