Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub - Fotolar

xalq-artisti-besti-ceferovanin-60-illik-yubileyi-qeyd-olunub
Oxunma sayı: 1504

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub. 

"Qafqazinfo" xəbər verir ki, yubiley tədbirində çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Bəsti Cəfərovanın sənətkar yolundan danışıb, onu əlamətdar yubileyi münasibəti ilə təbrik edib, daha böyük yaradıcılıq uğurları arzu edib.

Azər Paşa Nemətov Mədəniyyət naziri Əbülfəs Qarayevin Bəsti Cəfərovaya ünvanlanan təbrik məktubunu oxuyub. Xalq artisti Bəsti Cəfərova ona olan diqqətə görə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirib. 

Yubiley gecəsində Xalq artisti Bəsti Cəfərovanın iştirakı ilə uğurla nümayiş olunan “Qətibə İnanc” tamaşası oynanılıb.