Xalq artisti bir video ilə məşhurlaşan uşaqlarla görüşdü

xalq-artisti-bir-video-ile-meshurlasan-usaqlarla-gorusdu
Oxunma sayı: 5668

İfa etdikləri “Bu ayrılıq nədən oldu?” mahnısı ilə qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşan müəllim və şagirdinə diqqət hər ötən gün daha da artır. 

Belə ki, “Qafqazinfo”nun hazırladığı reportajda şagird Kamal Mustafayev xanəndə Mənsum İbrahimovu özünə nümunə kimi götürdüyünü bildirmişdi. Sözügedən reportajı izləyən xalq artisti səs sinfində təhsil alan şagirdləri görüşmək üçün Azərbaycan Milli Konservatoriyasına dəvət etdi.

Şagirdlərin hər birini ayrılıqda dinləyən xanəndə Mənsum İbrahimov onlara öz məsləhətlərini verib:

“Həqiqətən çox istedadlı uşaqlardır. O zəngulələr Qarabağ torpağından gəlir. Müəllimlərinə də muğamlarımızı doğru öyrədiyi üçün təşəkkür edirəm. Məktəbi bitirib imtahan versinlər, onları bu sinifdə görmək bizim üçün xoş olar. 

Bir müddət sonra səsləri dəyişməyə başlayacaq. Həmin müddətdə oxumayıb səslərini qorusalar, gələcəkdə hər biri gözəl xanəndə olar”.

“Qafqazinfo” şagirdlərin xalq artisti Mənsum İbrahimovla görüşünü təqdim edir: