Xalq artisti II Fəxri Xiyabanda deyil, Yasamal qəbiristanlığında dəfn olunacaq

xalq-artisti-ii-fexri-xiyabanda-deyil-yasamal-qebiristanliginda-defn-olunacaq
Oxunma sayı: 2886

Xalq artisti Rafiq Hüseynovun dəfni noyabrın 3-də olacaq.

“Qafqazinfo”nun məlumatına görə, R. Hüseynovun cənazəsi noyabrın 2-də axşam saatlarında Bakıya gətiriləcək. 

Xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında noyabrın 3-də saat 10:00-dan 12:00-dək keçiriləcək.

Rafiq Hüseynovun yas mərasimi isə noyabrın 3-də Heydər Məscidində təşkil olunacaq. 

Mərhum Yasamal qəbiristanlığında dəfn ediləcək.