Xalq artisti xərçəngdən öldü

xalq-artisti-xercengden-oldu
Oxunma sayı: 5181

Azərbaycanın xalq artisti Yuri Baliyev dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun çalışdığı Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının saytında məlumat verilib. 

Bildirilir ki, 69 yaşlı aktyor  bu gün səhər həyatını itirib. 

Qeyd edək ki, Y. Baliyev uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.