Xalq artistindən Sami Yusufla bağlı açıqlama

Xalq artistindən Sami Yusufla bağlı açıqlama
Oxunma sayı: 2719

“Vətəni, onun mədəniyyətini, ədəbiyyatını, qəhrəmanını, keçmişini bu qürurlu Azərbaycanın hər bir övladı, hər bir vətəndaşı ürəyi ilə sevməli, ağlı ilə qorumalı və bunu özünə borc bilməlidir”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb.

O, bir neçə gündür sosial şəbəkələrdə yayılan müğənni Sami Yusufun “Sığmazam” kompozisiyası barədə post paylaşıb.

Estrada və opera ulduzu S. Yusufla birgə qəzəli səsləndirən Əməkdar artist Təyyar Bayramov, Əməkdar incəsənət xadimi Samirə Əliyevaya da təşəkkürünü bildirib: “Bir klassiki tərənnüm etmək, onu tərif və vəsf etmək üçün musiqimizin sütunları - muğam və aşıq musiqisinin həmrəy olması gərəkdir.

Bu gənc Sami Yusuf və ona bu işdə dəstək olanlar bu işin öhdəsindən layiqlə gələ bildilər. Dahi Nəsimiyə muğamımızla, sazın, tarın, kamanın dili ilə haray oldular, hörmət gətirdilər və dünyaya tanıtdırdılar ki, əsl Azərbaycan, əsl Azərbaycan mütəfəkkiri və musiqisi budur”.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi