Xalq artistindən yeni- - Layihə

xalq-artistinden-yeni-
Oxunma sayı: 980


“Qafqazinfo”nun məlumatına görə,xalq artisti bildirib ki, həmkarı Flora Kərimova ilə duet oxuyacaq: “Hər zaman olduğu kimi yaradıcılıq işlərimi fasilə vermədən davam etdirirəm. Hər il ifa etdiyim yeni mahnıdan ən azı 2 bəstə hit olur. Bu da bir ifaçı kimi məni sevindirir. 2015-ci il başlayandan yeni mahnılar lentə aldırmışam. Onların arasında Azərbaycanın xalq artisti Flora Kərimova ilə ifa etdiyim duet də var.

Duetimiz 6/8 ritmdədir. Flora xanım bu günə qədər 6/8 ritmdə mahnı ifa etməmişdi. Maraqlı alındığını deyə bilərəm. Həmin dueti bir neçə günə dinləyicilərin ixtiyarına verəcəyik. Bundan əlavə hazırda bütün diqqətimi həyata keçirəcəyim layihəyə yönəltmişəm. Həmin layihənin nədən ibarət olduğunu öncədən demək istəmirəm. Düşünürəm ki, həmin layihə maraqla qarşılanacaq. Bunun üçün fotokamera önünə keçərək müxtəlif obrazlarda fotosessiya da etdirmişəm”.