Xalq artistinin atası infarktandan ölübmüş - “Yanlış yazıblar…”

xalq-artistinin-atasi-infarktandan-olubmus
Oxunma sayı: 2300

Xalq artisti Gülyaz Məmmədova bir müddət əvvəl dünyasını dəyişən atası Zakir Məmmədovla bağlı instaqramda paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, xanəndə 84 yaşlı atasının infarktdan həyatını itirdiyini söyləyib:

“Gözəl ailə başcısı, valideyn, atam, sənin övladlarına verdiyin tərbiyə misilsizdir. Biz övladların səninlə həmişə fəxr etmişik. Mənim ürəyi gözəl atam, hamının hörmətini qazanmışdın. Bütün el-obada qonaqpərvərliyinlə, dülgər sənətinlə, zurna və davul ifacılığınla sevildin. Varlığın gözəl idi, yoxluğun o qədər acı ki... Yerin cənnət olsun canım atam.

5 mart 2018 ci il, səhər saat 10-da infarktan atam Zakir Əsədullah oğlu Məmmədov dünyasını dəyişdi. Təəssüf ki, mətbuat tarixi öyrənmədən yanlış yazıblar. Baş sağlığı verən, dərdimizi, acımızı paylaşan bütün dostlarımza, sənət yoldaşlarımıza, iş adamlarına dərin təşəkkürümüzü bildiririk”.