Xalq artistinin nəticəsi olub - O isə nənə...

xalq-artistinin-neticesi-olub
Oxunma sayı: 853

61 yaşlı xalq artisti Ramiz Novruzun nəticəsi olub. "Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Bizimləsən” verilişində əməkdar artist Dilarə Əliyeva deyib.
 

Aktyor xəbəri təsdiqləyib: “O vaxtı baba olanda mənə dedilər ki, özünü baba kimi necə hiss edirsən? Mən də dedim, mən özümü hələ düz-əməlli ata saymıram. Şəfəq qızımın qızı Ayanın oğlu olub. Bütün cavanlara qismət olsun. Məni 23 yaşında məcburən evləndirdilər. Mən də qızım da, elə nəvəm də tez ailə qurub”.
 
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru R.Novruz 1955-ci ildə anadan olub.