Xalq artistinin “YouTube”da rəsmi kanalı fəaliyyətə başladı

xalq-artistinin-youtubeda-resmi-kanali-fealiyyete-basladi
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, Ağayevin 25 illik səhnə fəaliyyətini əks etdirən videoları https://www.youtube.com/user/AgayevFaiq/featured səhifəsindən izləmək mümkün olacaq. Faiq Ağayev kanalıyla bağlı fikirlərinin belə şərh edib: “Bu gündən başlayaraq YouTube-da rəsmi kanalım fəaliyytə başlayır! 25 illik səhnə fəaliyyətimi əks etdirən videolarə artıq məhz bu səhifədən izləyə bilərsiz. Kanalin 15 bölümündə: 20 klip, solo-konsertlərimdən 53 video, iştirakımla olan verilişlərdən 60 süjet, audio- albomlarimdan 33 mahni, 1 sənədli film, 14 arxiv videosu yer alib.

“YouTube” kanalımın yaranmasında müstəsna xidmətləri olan Kamal Bilalov və Narmin FA-ya xüsusi təşəkkürlər”.

Aynur Babayeva