“Xalq artistləri çaşıblar” - - Əli Mirəliyev

xalq-artistleri-casiblar-
Oxunma sayı: 2121


Bunu “Qafqazinfo”ya açıqlamasında müğənni Əli Mirəliyev şou-biznes aləmində fəxri ad almış müğənnilərin əxlaqından söz açarkən deyib: “Biz tarixə nəzər salsaq görərik ki, ölməz sənətkarımız Şövkət Ələkbərova, Hacıbaba Hüseynov ömürlərinin son çağında xalq artisti fəxri adı ilə təltif olundular.  

İndiki xalq artistləri isə özlərini itiriblər. Yaradıcılıq sahəsində işlərinin bitmiş hesab edirlər. Düşünürlər ki, nə istəsək edə bilərik. Adama deməzlər ki, kimsiz axı siz? Heç kimsiz. Xalq artisti heç vaxt ədəbsiz danışmaz. Ağ saqqal və ağ birçəklərdən başqa son illərdə əməkdar, xalq artisti adlarına layiq görülənlərin adları geri alınsa, əla olar. Çünki, çaşıblar”.