Xalq Bankdan “İpoteka” əmanəti

xalq-bankdan-ipoteka-emaneti
Oxunma sayı: 1323


- İpoteka krediti verildiyi halda, əmanətçi hesablanmış faizləri  itirmədəm əmanəti vaxtından əvvəl tələb edə bilər. Bu zaman əmanətin tam məbləği  alınan mənzilin ilkin ödənişinə yönəldilir. 

- “İpoteka” əmanətini yerləşdirən əmanətçiyə ipoteka krediti qüvvədə olan faiz dərəcəsindən 1% aşağı faiz dərəcəsi ilə verilir. 

- Əmanətçi Banka ipoteka üçün müraciət etdikdə onun ərizəsinə növbədənkənar baxılır (yalnız Bankın Daxili ipoteka proqramı üzrə).

Qeyd etmək lazımdır ki, bu güzəştlər Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilən güzəştli ipoteka kreditlərinə şamil edilmir.

Xalq Bankın “İpoteka” əmanəti 12 ay müddətinə, illik 6% faiz dərəcəsi ilə yerləşdirilir. 12 ay  bitdikdən sonra əmanətin müddəti əmanətçinin istəyi ilə uzadıla bilər. Əmanətin açılması üçün ilkin minimal məbləğ 200 manatdir. “İpoteka” əmanətinin əsas üstünlüyü əmanətin istənilən vaxt və məhdudiyyətsiz artırılmasının mümkünlüyüdür. 

Xatırladaq ki, Xalq Bank müştərilərə həm Dövlət İpoteka Fondunun vəsaitləri hesabına, həm də Bankdaxili ipoteka proqaramı üzrə  kreditlər təklif edir.

“İpoteka” əmanəti və Bankın digər məhsul və xidmətləri haqda ətraflı məlumatı  www.xalqbank.az   internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.