Xalq seçsə də, hökumət onu göndərmək istəmir

xalq-secse-de-hokumet-onu-gondermek-istemir
Oxunma sayı: 2216

Şənbə günü Ukrayna milli seçim turlarında qalib Maruv olub.  “Qafqazinfo” xəbər verir ki, ölkənin tanınmış siması “Eurovision” mahnı müsabiqəsində iştirak hüququ əldə edib. Lakin o, ötən gün instaqram səhifəsində hər kəsi təəccübləndirəcək açıqlama yayıb. 

Maruvun sözlərinə görə, Ukrayna ictimai televiziyası onun qarşısına şərtlər qoyub. Belə ki, kanal sənətçiyə yarışma üçün maliyyə yardımı göstərməyəcək, hətta viza məsələlərini belə sənətçinin özü həll edəcək.

Bundan başqa Maruv Rusiyadakı konsert və çıxışlarını ləğv etməli, festivala özü ilə bağlı cəmi 5 nəfər aparmalıdır. Həmçinin o, Ukrayna nümayəndə heyətinin icazə verdiyi jurnalistlərə müsahibə verə biləcək. İfaçı şərtləri pozduğu təqdirdə 3 milyon qriven cəmilənəcəyini qeyd edib. 

Müğənni iddia edib ki, Ukrayna hökuməti onun yarışmadan imtina etməsi üçün əlindən gələni əsirgəmir. Buna səbəb isə sənətçinin 2014-cü ildə Krıma səfər etməsi göstərilir.

Maruv isə sözügedən iddiaları qəbul etmir: “Mən ukraynalıyam, öz vətənimi sevirəm. Yarışmada ölkəmi təmsil etdiyimə görə, qürur hissi keçirirəm. Hətta Rusiyadakı çıxışlarımdan imtina etməyə hazıram. Amma mən Krıma səfər etməmişəm, ölkənin heç bir qanununu pozmamışam, beynəlxaq konkursun da bütün xərclərini öz üzərimə götürməyə hazıram”. 

Müğənni 24 saat ərzində 3 ölkədən “Eurovision”la bağlı təklif aldığını, hətta Rusiyanın 2020-ci ildə onu müsabiqəyə göndərmək istədiyini bildirib.