Xalq yazıçısının 100 illik yubileyi keçiriləcək

xalq-yazicisinin-100-illik-yubileyi-kecirilecek
Oxunma sayı: 1721

Prezident İlham Əliyev Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo”nun xəbərinə görə, sərəncamda bildirilib ki, 2019-cu ilin may ayında Azərbaycanın Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimovun anadan olmasının 100 illiyi tamam olur.

Sərəncamda Mədəniyyət Nazirliyinə və Azərbaycan Yazıçılar Birliyinə Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.