“Xalqı təşvişə salmayın” - - Faiq Ağayev

xalqi-tesvise-salmayin-
Oxunma sayı: 2649


“Qafqazinfo”nun məlumatına görə, “Bizim gün” verilinə qonaq olan xalq artisti yeni “Marş çağırış” mahnısını səsləndirib. Ağayev daha sonra cəbhədə yaranmış vəziyyətlə bağlı düşüncələrini bölüşüb: “Bu mahnı son olaylara münasibətimdir. Allah Azərbaycan əsgərini qorusun. Azərbaycan son günlər qəhrəmanlıq salnaməsi yazır. Səngərdə torpaqlarımızı qoruyan, bizim üçün döyüşən əsgərləri salamlayıram. 

Azərbaycan əsgəri dünyanın ən güclü əsgəridir. Buradan jurnalistlərə də səslənmək istəyirəm. Xahiş edirəm yalan məlumatlar yaymayın, xalqı təşvişə salmayın, düşməni sevindirməyin. C. Ancaq bayrağımızın şəkillərini paylaşın. Biz dözümlü xalqıq. İmkan verməyin ki, düşmən kənardan baxıb kam alsın”. Qeyd edək ki,”Marş çağırış” mahnısının sözləri A.Qurbani, musiqisi Nailə Mirməmmədliyə məxsusdur.