Xamenei İŞİD-dən danışdı

xamenei-isid-den-danisdi
Oxunma sayı: 1457


“Qafqazinfo”nun “AzərTAc”a istinadən verdiyi məlumata görə, o deyib ki, özünü “İraq Şam İslam Dövləti” adlandıran qruplaşma terror təşkilatıdır və bu silahlı qruplaşmanın törətdiyi cinayətlərin sünni-şiə münasibətlərinə heç bir aidiyyəti yoxdur.

Seyid Əli Xamenei bildirib ki, bəzi siyasi qüvvələr öz maraqlarını həyata keçirmək üçün İraqdakı terror hadisələrini sünni-şiə qarşıdurması kimi qələmə verməyə çalışaraq müsəlman aləminə nifaq salmaq istəyirlər: “Lakin həmin qüvvələrin niyyətləri baş tutmadı”.

Ali Rəhbər bütün müsəlmanları səbirli olmağa və fitnə-fəsada uymamağa çağırib.