Xameneyi müsəlmanları ABŞ-a qarşı birləşməyə çağırdı

xameneyi-muselmanlari-abs-a-qarsi-birlesmeye-cagirdi
Oxunma sayı: 1067

İranın ali dini lideri ayətulla Əli Xameneyi bütün müsəlman ölkələrini ABŞ-a qarşı birləşməyə səsləyib.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ayətulla milli televiziyanın efirində çıxışı zamanı deyib:

“İran ABŞ tiranlığına və digər təkəbbürlü güclərə qarşı uğurla müqavimət göstərir. Biz mübarizəni davam etdirəcəyik”. 

Qeyd edək ki, bu bəyanat İran hökumətinin ABŞ prezidenti Donald Trampın “Yaxın Şərq Vaşinqtonun yardımı olmadan davam gətirə bilməz” açıqlamasına reaksiyasıdır. 

Xameneyi əlavə edib ki, bu cür sözlər müsəlmanlar üçün təhqirdir.