Xamneyi Pan Ki Munla nə danışdı?

xamneyi-pan-ki-munla-ne-danisdi
Oxunma sayı: 648

“Media forum” saytının məlumatına görə, görüşdən sonra jurnalistlərə açıqlama verən Pan Gi Mun Xamneyi ilə bölgədəki, özəlliklə Suriyadakı vəziyyəti, eləcə də İranda insan hüquqları problemlərini müzakirə etdiyini bildirib: “Biz ölkədə insan hüquqlarının durumunun yaxşılaşdırılması üçün İranın BMT ilə necə əməkdaşlıq etməsi məsələsi haqda müzakirələr apardıq. İranda insan hüquqlarının pozulması hallarından ciddi narahatıq”.

BMT baş katibini Tehran səfərində müşayiət edən sözçüsü Martin Nəsirki isə “Röyter”ə açıqlamasında deyib ki, Pan Gi Mun Xamneyi ilə görüşdə onun İsrailə qarşı sərt bəyanatlarını tənqid edib: “Cənab Pan Gi Mun ayətullah Xamneyi və İran prezidenti ilə ayrı-ayrı görüşlərdə onların İsrailə qarşı sərt bəyanatlarını təhqiramiz, etik normalarından kənar təhrikçi addım saydığını bəyan edib.

Xamneyi isə Pan Gi Muna deyib ki, Suriyadakı böhranın həlli üçün bu ölkədəki müxaliflərə silah göndərilməsinin qarşısı alınmalıdır. Suriya böhranının həlli üçün bunun təbii bir şərt olduğunu vurğulayan Xamneyi həm də BMT-ni və onun missiyasını tənqid edib: “Təəssüflər olsun ki, BMT-nin quruluşu nöqsanlıdır. Atom silahına malik, həmin silahlardan istifadə edən ən quldur qüdrətlər bu gün BMT Təhlükəsizlik Şurasında hegemonluğu ələ alıblar”.