Xamneyinin müşaviri Azərbaycanla bağlı açıqlama verdi

xamneyinin-musaviri-azerbaycanla-bagli-aciqlama-verdi
Oxunma sayı: 640

“Qafqazinfo”nun “Mehr” agentliyinə istinadən xəbərinə görə, keçmiş xarici işlər naziri Azərbaycanın İrana qarşı etiraz aksiyalarının davam etməyəcəyini söyləyib.

Vilayəti, “dini, məzhəbi, tarixi və mədəniyyəti ortaq olan İran və Azərbaycan xalqının heç bir zaman ayrı qalmayacağını” bildirib. Eks nazir deyib ki, Azərbaycandakı aksiyalar bu ölkə xalqının inanclarına ziddir.

Əli Əkbər Vilayəti Azərbaycan dövlətinin iki ölkə arasında problemlərin aradan qaldırılması üçün səy göstərməsinin vacibliyini xatırladıb.