Xanım deputat Milli Məclisi tənqid etdi

Xanım deputat Milli Məclisi tənqid etdi
Oxunma sayı: 6946

Millət vəkili Aytən Mustafayeva əlillərin müavinətlərinin artırılması ilə bağlı çıxış edib. “Qafqazinfo” xəbər verir ki, millət vəkili komitə iclasında qeyd edib ki, əlilliyin təsdiqlənməsi hər il aparılmalıdır:

“Əlillərə 50 manat müavinət verilir. Əzizim, bu 50 manat nəyə bəs edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Təhsil almaq və digər bütün hüquqları var. Rayonlarımızda lal və karlar üçün məktəb yoxdur. Mənə Astarada olan ailə müraciət edib ki, hamısı lal - kardır, amma oxumağa məktəb yoxdur. Lal-kardır deyə işləyə bilməz? 

Ələ baxmasınlar deyə, onlara iş yeri verməliyik. Rusiya Dumasında əlil deputatlar da var. Onlar fəaldırlar. Bizim Milli Məclisin binasında heç imkan yoxdur ki, əlil içəri girə bilsin. Bunun üçün binada pilləkən yoxdur. Gəlin, birinci özümüzdən başlayaq”.

***

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deputatın iradına belə cavab verib:

"Prosesə elə Milli Məclisin özündən başlamaq lazımdır. Bizim nazirliyin binasında panduslar qoyulub. Bütün orqanlara məktub göndərdik ki əlillərin sərbəst daxil olub çıxması üçün yeni tikililərdə şərait yaradılsın. Bunun üçün “Əlillərinin sosial müdafiəsi haqqında” qanun yenidən işlənilib və hökumətə göndərilib. Yəqin ki məsələyə bu yaxınlarda baxılacaq”.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi