Xanım həmkarını döyən müəllim tutuldu- - Bakıda+Video

xanim-hemkarini-doyen-muellim-tutuldu-
Oxunma sayı: 2507


“Qafqazinfo” ans-ə istinadən xəbər verir ki, Suraxanı rayonu 154 saylı orta məktəbin müəllimi olan Yaşar Quliyevə Suraxanı rayon məhkəməsi hökm çıxarıb.

69 yaşlı müəllimə Arifə Yusifovanı amansızcasına döyən 33 yaşlı Yaşar Quliyev 4 ay müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilib. Hazırda Yaşar Quliyev Şüvəlanda yerləşən 3 saylı təcridxanada saxlanılır. 

Xatırladaq ki, 154 saylı məktəbin direktoru müəllimənin adıçəkilən məktəbdə işləmədiyini və döyülmə faktının ailə münaqişəsi zəminində baş verdiyini bildirmişdi. Elə təqsirkar Yaşar Quliyev də baş verənlərin məktəblə heç bir əlaqəsinin olmadığını vurğulamışdı.