Xanım jurnalist su altında reportaj etmək istədi - Yoxa çıxdı + Fotolar

xanim-jurnalist-su-altinda-reportaj-etmek-istedi
Oxunma sayı: 657

İsveçli jurnalist Kim Vall danimarkalı araşdırmaçı Peter Madsenlə sualtı gəmidə reportaj hazırlamaq istəyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 10-da hər iki şəxs Kopenhagen limanında dənizə daxil olduqdan sonra bir daha onlardan xəbər almaq mümkün olmayıb.

Jurnalistin sevgilisi gecə saatlarında polisə müraciət edərək onun itkin düşdüyünü bildirib.

Dəniz polisi və xilasedicilər genişmiqyaslı axtarışlar aparıb, lakin, axtarışlar nəticəsiz qalıb. 1 gün sonra Peter Madsen ortaya çıxaraq gəminin batdığını və özünü son anda suya ataraq xilas olduğunu deyib.

Daha da qəribəsi budur ki, Madsen gəmi batarkən yalnız olduğunu, jurnalisti isə avqustun 10-da yerli vaxtla 22:30 radələrində kafelərin yer aldığı Refşaleon sahilində endirdiyini bildirib. Suyun dibindən çıxarılan gəmidən jurnalistin cəsədi tapılmayıb.

Hazırda polis ərazidəki bütün kafelərdə təhlükəsizlik kameralarını izləməyə başlayıb. Bütün görüntülər izləndikdən sonra Madsenin doğru deyib-demədiyi üzə çıxacaq.

Peter Madsen şübhəli olaraq saxlanılıb. Keçirilən ilk məhkəmə prosesində Madsenə 24 günlük həbs cəzası verilib.