Xanım millət vəkili İraqa gedir

xanim-millet-vekili-iraqa-gedir-
Oxunma sayı: 648

Millət vəkilinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, o, Bağdad şəhərində keçiriləcək “İraqın demokratik seçimi. Gələcəyə baxış” adlı beynəlxalq konfransda iştirak edəcək. Tədbirdə İraqın mövcud durumu, ölkənin demokratiya yolundakı əngəlləri və siyasi problemləri müzakirə ediləcək. Millət vəkili Qənirə Paşayeva İraqın rəsmi şəxsləri ilə görüşəcək və bir necə şəhərini ziyarət edərək orada müzakirələr aparacaq.

Sonra isə millət vəkili Qənirə Paşayeva dekabrın 2-dən 5-dək Türkiyəyə səfər edəcək. Burada o, Ərzurumda “Müstəqilliyimizin 20-ci ilində Azərbaycan-Türkiyə əlaqələri” mövzusunda keçiriləcək konfransda iştirak və çıxış edəcək. Tədbir çərçivəsində Qənirə Paşayevanın həmmüəllifi olduğu “Ermənilərin törətdikləri soyqırımın qurbanı – Bağanıs Ayrım” və “Xocalı soyqırımı şahidlərin dili ilə” kitablarının türkcə nəşrlərinin təqdimat mərasimi keçiriləcək. Deputatımız tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti barədə ətraflı məlumat verəcək. Millət vəkili Qənirə Paşayevanın Ərzurumda bölgənin rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.

Millət vəkili Ərzurumdan sonra Kocaeli şəhərində də olacaq, burada Azərbaycan-Türkiyə münasibətlərinə dair konfransda iştirak və çıxış edəcək.