Xanım nazirin Qarabağla bağlı bəyanatı başına bəla oldu

xanim-nazirin-qarabagla-bagli-beyanati-basina-bela-oldu
Oxunma sayı: 639

Gürcüstanın parlament azlıqlarının nümayəndələri xarici işlər naziri Mayi Pandjikidzenin istefasını tələb ediblər. “Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, belə bir tələbə səbəb nazirinin Litva səfəri zamanı verdiyi Dağlıq Qarabağla bağlı bəyanatı olub.

Deputatların sözlərinə görə, Pandjikidzenin Dağlıq Qarabağlı bağlı bəyanatı erməni KİV-də yeni qalmaqalların yaranmasına səbəb olub.

Azlıqlar hesab edir ki, Pandjikidze səsləndirdiyi fikirlərə görə cavab verməlidir.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Pandjikidzenin bəyanatı yayılmışdı. O qeyd etmişdi ki, münaqişənin nizama salınması ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.

Gürcüstanın baş naziri Bidzina İvanişvili isə nazirin bəyanatına şərh verməyib. O bildirib ki, bu məsələni Pandjikidzenin özü Gürcüstana qayıtdıqdan sonra izah edəcək.

Baş nazirin mətbuat xidməti bəyan edib ki, XİN rəsmisinin bəyanatı İvanişvilinin yanvarın 17-də Ermənistana planlaşdırılan səfərinə təsir etməyəcək.

Qeyd edək ki, gürcü mətbuatı iddia edir ki, yeni hökumət xanım nazirin yerinə Eduard Şevarnadzenin dövründə bu vəzifəni icra edən İrakli Menaqarişvilini təyin etmək istəyir. Menaqarişvili isə bu iddiaları təkzib edib.

Səidə