“Xanımım “hə” desə, gedərəm”

xanimim-he-dese-gederem
Oxunma sayı: 3335

Müğənni Nadir Qafarzadə “Virtual həyat” verilişinin qonağı olub. “Qafqazinfo” xəbər verir ki, sənətçi proqramda maraqlı açıqlamaları ilə yadda qalıb. 

N. Qafarzadə Azərbaycandan köçmək istədiyini bildirib:

“Çalışırlar ki, mənim yanımda adlarını hallandırsınlar.Mən isə onların çoxuna cavab vermirəm. İttihamlar da oldu. Hətta ailə üzvlərimin adlarını çəkən insanlar belə var. Ailəmin adını niyə çəkirsən? Mən kimə konsert vermişəmsə, əcəb eləmişəm. 

Çox cılız, ucuz söhbətlər edirlər. Ətim töküldü, arıqladım. Hərdən belə söhbətlər olanda, arıqlayıram, yaxşıdır. Artıq iyrənmirəm. Hərdən baş götürüb getmək istəyirəm. Xanımım “hə” desə, arxama dönmədən gedərəm”.