Xankəndi aeroportu işə düşür

xankendi-aeroportu-ise-dusur
Oxunma sayı: 642

AzərTAc Ermənistan KİV-inə istinadla xəbər verir ki, aeroportun uçuş-enmə zolağının gecə işıqlandırma sistemi sınaqdan keçirilmişdir. Hava limanının uçuş-enmə zolağının uzunluğu 2 min 300 m, eni isə 20 metrdir. Xankəndi hava limanından ilk dövrdə Yerevana reyslərin təşkili planlaşdırılır. İlin əvvəlindən həyata keçirilmiş işlər nəticəsində hava limanına böyük təyyarələrin enməsi üçün uçuş-enmə zolağı genişləndirilmişdir.

Qeyd edək ki, ermənilər 2008-ci ildə aeroportun əsas binasının tikintisinə başlamışlar. Aeroportun açılışı bu il mayın 9-na planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək, açılış qeyri-müəyyən vaxtadək təxirə salınmışdır.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası isə bəyan etmişdir ki, işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisi və Xankəndinə digər ölkələrdən rəsmi Bakının icazəsi olmadan təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Əks halda rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirlər görəcəyini bildirmişdir.