““Xankəndi” aeroportu tezliklə fəaliyyətə başlayacaq”

xankendi-aeroportu-tezlikle-fealiyyete-baslayacaq
Oxunma sayı: 641

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, prezidentliyə növbəti dəfə namizəd olan Sarkisyan seçiciləri görüşdə bildirib ki, aeroport tezliklə fəaliyyətə başlayacaq və heç bir problem yoxdur. Onun sözlərinə görə, hazırda uçuşların təhlükəsizliyini təmin etmək üçün işlər görülür.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın işğal etdiyi Xankəndində aeroportu istifadəyə verəcəyi halda adekvat addımlar atılacağını bəyan etmişdi.

Azərbaycan Mülki Aviasiya Administrasiyasının rəhbəri Arif Məmmədov da mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etmiş Ermənistana öz hava məkanından istifadəni qadağan edib, heç kim bu ərazidə uçuşların təhlükəsizliyinə zəmanət verə bilməz.

Eyni zamanda, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Avropa Mülki Aviasiya Konfransı (ECAC) da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir.