Xankəndisiz 26 il...

Xankəndisiz 26 il...
Oxunma sayı: 751

Bu gün Azərbaycanın Xankəndi şəhərinin və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 26 il ötür.

“Qafqazinfo”nun məlumatına görə, Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlıları dinc əhalini qəsəbədən çıxarmağa məcbur edib.

1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin ermənilərdən tərəfindən işğalı başa çatıb.

İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, 10 dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

Döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaq olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi