“Xarakter göstərdik” - Didye Deşam

xarakter-gosterdik
Oxunma sayı: 1279

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının yarımfinal mərhələsində Belçikaya 1:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis finala çıxmalarına görə çox xoşbəxt olduqlarını bildirib.

Çalışdırıcı oyunçularının möhtəşəm iş gördüyünü deyib: “Bu möhtəşəm idi. Oyunçularım üçün çox xoşbəxtəm. Biz xarakter göstərdik və ağıllı oynadıq. Çox çətin idi. Müdafiədə daha etibarlı oynadıq və əks-hücumlarda rəqibə çətinlik yaşatmağa çalışdıq. Futbolçularımın gördüyü iş möhtəşəmdir. Birlikdə 49 gün keçirib çətin işin öhdəsindən gəlmişik”.