Xaricdə ilk dəfə olaraq Azərbaycana məxsus Logistika mərkəzi yaradılır

xaricde-ilk-defe-olaraq-azerbaycana-mexsus-logistika-merkezi-yaradilir
Oxunma sayı: 1166


Şirkətdən “Qafqazinfo”ya daxil olan xəbədə bildirilir ki, mərasimdə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Qazaxıstanın Manqistau vilayətinin akimi Alik Aydarbayev və “Azərsun Holdinq”in müşahidə şurasının sədri Abdolbari Goozal iştirak edib. Təməlqoyma mərasimində çıxış edən nazir Şahin Mustafayev Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslandığını,  xalqlarımızı ümumi tarixi köklərin birləşdirdiyini vurğulayıb.

Daha sonra çıxış edən “Azərsun Holdinq”in müşahidə şurasının sədri Abdolbari Goozal hər kəsi müqəddəs ramazan ayının gəlməsi münasibəti ilə təbrik edib və Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bu mühüm layihənin icrasının “Azərsun Holdinq” tərəfindən reallaşdırılaşdırılmasını şirkətə göstərilən böyük etimad kimi qiymətləndirib. Abdolbari Goozal logistika sahəsində “Azərsun Holdinq”in böyük təcrübəyə malik olduğunu bildirib və rəhbərlik etdiyi şirkətin Aktauda İstehsal və Logistika Mərkəzinin tikintisi layihəsinin icrasını və mərkəzin idarə edilməsini uğurla həyata keçirəcəyini vurgulayıb. 

Qazaxıstanın Manqistau vilayətinin akimi Alik Aydarbayev isə çıxışında Aktau İstehsal və Logistika Mərkəzi layihəsinin Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayıb. O, Bakıda olarkən “Azərsun Holdinq”in istehsal müəssisələrində qabaqcıl təcrübə və texnologiyaların tətbiqinin şahidi olduğunu  xatırlayıb, layihənin yüksək səviyyədə icra olunacağına əminliyini bildirib. 

Təməlqoyma mərasimindən sonra Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, qida sənayesi, kənd təsərrüfatı, sənaye, tikinti, logistika və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak edib. 

Qeyd edək ki, Aktau İstehsal və Logistika Mərkəzi Azərbaycanın ölkədən kənarda ilk logistik mərkəzi olmaqla, sahibkarlar üçün yeni ixrac imkanları yaradacaq və onlara öz məhsullarını Orta Asiya bazarlarına çıxarmağa yardımçı olacaq.