Xaricdə təhsil alan tələbələrin çoxu ölkəyə qayıdır

xaricde-tehsil-alan-telebelerin-coxu-olkeye-qayidir
Oxunma sayı: 642

Onun sözlərinə görə, həmin tələbələr 40-a yaxın ölkəni təmsil edirlər. Daha çox isə Türkiyə, İran, Çin və Yaxın Şərq ölkələrindən olan tələbələr Azərbaycanın ali məktəblərində təhsil alırlar.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində indiyə qədər 1200-ə yaxın azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilib.

Novruzov deyib ki, proqram çərçivəsində təhsil alaraq məzun olmuş yüzlərlə gənc artıq Azərbaycana qayıdıb.

"Cəmiyyətdə bəzən həmin gənclərin ölkəmizə qayıtmamaları barədə fikirlər səslənir. Fürsətdən istifadə edərək demək istəyirəm ki, son 5 ilin təcrübəsi göstərir ki, tələbələrimizin böyük əksəriyyəti təhsillərini başa vuraraq geri qayıdırlar. Bəli, onların bir qismi qalıb təhsillərini növbəti pillələrdə davam etdirirlər, amma bütövlükdə, xaricdə qalanların sayı çox deyil", - nazir müavini qeyd edib.
Novruzov deyib ki, həmin gənclər dövlət vəsaiti hesabına təhsil alırlar.

"Bu, o deməkdir ki, həmin gənclər dövlətin sponsorluğu ilə təhsil aldıqlarına görə, oxuduqları ölkədə qalıb işləmələri üçün yalnız o dövlətlərin miqrasiya siyasətinə əsasən sponsordan razılıq almalıdırlar. Əks halda, onlara orada qalıb işləməyə icazə verilmir. Təbii ki, biz də bu icazələri vermirik. İcazə verilsə belə, onların qalmaq istəkləri müşahidə olunmur", - Novruzov əlavə edib.