Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısı keçirildi - Fotolar

xaricde-yasayan-azerbaycanlilarin-koordinasiya-suralarinin-i-toplantisi-kecirildi
Oxunma sayı: 2106

Türkiyənin İstanbul şəhərində Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısı keçirilib. “Qafqazinfo”nun məlumatına görə, toplantının keçirilməsində məqsəd qarşılıqlı fikir mübadiləsinin aparılması və Koordinasiya Şuralarında birləşən soydaşlarımızın məlumatlandırılmasıdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçıları salamlayıb, açılış sözü deyib  və müzakirə olunacaq məsələləri bir daha diqqətət çatdırıb. Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev Koordinasıya Şuralarını təmsil edən şəxsləri Türkiyədə görməkdən məmnun olduğunu bildirib və onlara uğurlar arzulayıb.

Vaxtaşırı məsuliyyətsiz bəyanatlarla çıxış edən Ermənistan rəhbərliyinin hərəkətlərinə qarşı Azərbaycan diasporunun, xüsusilə Avropada yaşayan azərbaycanlıların davamlı və sistemli fəaliyyətinin təşkili ilə bağlı  müzakirə aparılıb,  onlara adekvat cavabların verilməsinin istiqamətləri müəyyən edilib və bununla bağlı yol xəritəsi hazırlanıb. Diqqətə çatdırılıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi,  təcavüzkarın heç bir hüquq və mənəviyyat çərçivəsinə sığmayan hərəkətlərinin Avropada daha geniş kütləyə çatdırılması, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində  aparılan işlərin daha da dərinləşməsi güclü intellektual potensiala malik olan diasporumuzun da ən mühüm fəaliyyət istiqamətidir.

Bununla yanaşı, Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısının iştirakçıları Avropa ölkələrində məskunlaşan  bəzi azərbaycanlı mühacirlərin  ölkəmizin ümumi mənafeyinə zidd çıxış və hərəkətləri ilə bağlı fikirlərini bildirib, onları  ciddi şəkildə qınadıqlarını bəyan ediblər.