Xaricdəsiz, kompensasiya ala bilmirsiz?

Xaricdəsiz, kompensasiya ala bilmirsiz?
Oxunma sayı: 541

Xəbər verdiyimiz kimi, fiziki şəxslərin problemli kreditləri ilə bağlı kompensasiya ödənişlərinin verilib başa çatdırılması may ayının sonuna planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, artıq may ayının ortaları tarixinə ödənişlərin 84 faizi icra olunub.

Prosesin bu ayın sonuna qədər başa çatdırılması bəzi vətəndaşlarda narahatlıq yaradıb. Buna səbəb isə həmin şəxslərin müəyyən işlərlə bağlı xaricdə olmasına görə banklara gedə bilməməsidir. 

 Maraqlıdır ki, həmin şəxslər maydan sonra da kompensasiyalarını ala bilərlərmi? 

“Qafqazinfo” bu sualla Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyevə müraciət edib.

O, qeyd edib ki, kompensasiya alacaq vətəndaş  hər hansı səbəbdən ölkədə yoxdursa, 1 il müddətinə heç bir ödəniş etmədən gəlib ödənişini bankdan ala bilər: “1 ildən sonra isə yalnız kartın rüsumunu ödəməklə  əldə edə bilər.  Kompensasiyaların ödənilməsində hansısa müddət limiti  nəzərdə tutulmayıb”.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi