Xaricə casusluq edən şəxs həbs olundu

Xaricə casusluq edən şəxs həbs olundu
Oxunma sayı: 2693

Dövlət Təhlükəsizlik Xidmətinin araşdırmaları nəticəsində Azərbaycan vətəndaşlarını ölkədən çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Sultanov Miryusif Mirmahmud oğlu saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, M.Sultanov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi