Xarici işlər naziri İraq rəsmisini qəbul edib

xarici-isler-naziri-iraq-resmisini-qebul-edib-
Oxunma sayı: 643

Xarici İşlər Nazirliyi mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanla İraq arasındakı diplomatik əlaqələrin hal-hazırda yüksək səviyyədə olduğunu qeyd edib, A.Əl-Malikinin ölkəmizə səfərinin bu əlaqələrin daha da inkişafına töhfə verəcəyini vurğulayıb.
Öz növbəsində İraq hökuməti və xalqının səmimi salamlarını Nazir E.Məmmədyarova çatdıran qonaq ölkəmizi BMT Təhlükəsizlik Şurasının 2012 – 2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib. Azərbaycanda güclü inkişafın şahidi olduğunu bildirən A.Əl-Maliki keçən 20 il ərzində ölkəmizin həm daxili həm xarici siyasətdə yüksək nailiyyətlər əldə etdiyini və İraqın da bu inkişaf modelini nümunə kimi götürməsinin ölkəsi üçün çox faydalı olacağını dilə gətirib. Azərbaycanla İraq arasında müştərək dəyərlərin olduğunu qeyd edən qonaq bir sıra sahələrdə əlaqələrin inkişafına Azərbaycan Hökuməti və İraq Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın töhfə verəcəyini də vurğulayıb. Bu xüsusda Əl-Maliki İraq tərəfinin bu əməkdaşlığa təkan verə bilməsi üçün Azərbaycanın İraqda səfirliyinin açılmasının vacib olduğunu qeyd edib.
Cavab olaraq E.Məmmədyarov ölkələrimiz arasında hüquq-müavilə bazasının genişləndirilməsinin vacib olduğunu və bu bazanın inkişafının gələcəkdə iki ölkənin iş adamlarının fəaliyyətinə böyük töhfə verəcəyini bildirib. Nazir ölkəmizin İraqla xüsusi ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətli olacağını qeyd edib.
Sonda E.Məmmədyarov Azərbaycan Respublikasının İraqda səfirliyinin açılması ilə bağlı Azərbaycan Milli Məclisinin qərar qəbul etdiyini və yaxın zamanlarda səfirliyin fəaliyyətə başlayacağına ümidvar olduğunu bildirib.