Xarici mətbuat Kloppu qınadı

xarici-metbuat-kloppu-qinadi
Oxunma sayı: 1860

“Liverpul”un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının finalının Bakıda keçirilməsinə dair səsləndirdiyi fikirlər xarici KİV-də də müzakirə olunub. “Qafqazinfo” xəbər verir ki, İngiltərə və Almaniya mətbuatı mütəxəssisin bu fikirlərinin iğtişaşlara yol açdığını yazıb. 

Həmkarlarımız hesab edir ki, almaniyalı məşqçi “Çelsi” və “Arsenal”ın adından danışmaqla səhvə yol verib: “Klopp belə danışmamalı idi. Düzdür, dərhal cavabını aldı, amma yenə də səhv etdi”.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal"la "Çelsi" arasında keçiriləcək.