“Xarici ölkələrdəki “bezdarnı” qaqaşların əvəzinə...”

xarici-olkelerdeki-bezdarni-qaqaslarin-evezine
Oxunma sayı: 5265

“Diasporalarla ilə İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynadakı ikiyə bölünmüş diaspora qurumumuzun təmsilçilərini bir araya gətirib birləşdirməsi günün ən sevindirici xəbəridir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa sosial şəbəkədə yazıb. O qeyd edib ki, bu olduqca ciddi bir hadisədir, nəhayət ki, sadə formul tapıldı, intriqaları bir tərəfə buraxıb, Azərbaycan naminə insanlarımızı xaricdə bir amal ətrafında toparlamağın mümkünlüyünə inamı artırdı: “İndi bunun ardınca nədən xaricdə olan mühacirətimizin fərqli fikirlərini qoruma şərti ilə Azərbaycan naminə ümummilli hədəflərə doğru yönləndirilməsini gerçəkləşdirməyək? Bir komitə sədrinin nümunəsində göründü ki, çözülməyəcək bir problem yoxdur, sadəcə, istəmək lazımdır. 

Xarici ölkələrdəki "bezdarnı" qaqaşların əvəzinə səfirliklərə daha sanballı və məsuliyyətli əməkdaşları, peşəkar kadrları göndərməklə qısa müddətdə bu işi daha da irəlilətmək mümkündür. Siyasətdə də bunu etməyin yolları düşünülməlidir. Dini icmalar arasında da ağlı başında olan insanlar oturub məzhəb, təriqət və dünyagörüş fərqliliklərini bir kənara qoyub Azərbaycan naminə birlik nümayiş etdirməyi bacarmalıdırlar. İstəyəndə olur, sadəcə niyyət doğru olduğunda, işlər də öz lazımi məcrasına düşür”.

Günel Türksoy